Nazirlik uşaqların peyvəndlənməsi ilə bağlı valideynlərə müraciət edib

Nazirlik uşaqların peyvəndlənməsi ilə bağlı valideynlərə müraciət edib

07 Yanvar 2026

"Bəzi valideynlər bilərəkdən uşaqları vaksinasiyadan yayındırırlar".

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev deyib.

“Halbuki uşaqların güclü immunitet sisteminin formalaşması üçün vaksinlərin mütləq şəkildə vurulması vacibdir. Uşaqların həyatı əsasən məktəb və ev arasında keçir, beləliklə onların oturaq həyat tərzi immunitetin zəifləməsinə səbəb olur”, - terapevt qeyd edib.

Zakir Quliyev eyni zamanda vurğulayıb ki, yanvar–fevral aylarında xəstələnənlərin sayı digər aylara nisbətən daha çox müşahidə olunur.