Azərbaycanda publik hüquqi şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişib

Azərbaycanda publik hüquqi şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişib

09 Yanvar 2026

Nazirlər Kabineti 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması"nda dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra müqavilə üzrə vəsait publik hüquqi şəxsin bank deyil, xəzinə hesabına köçürüləcək.

Həmçinin dövlət sifarişi ilə təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) büdcədənkənar vəsaitləri hesabına həyata keçirilə biləcək.