Anar İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Anar Camal oğlu İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Orden Anar İsgəndərova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə verilib.









