Ötən il Energetika Nazirliyinin “Çağrı Mərkəzi” 7672 zəng qəbul edib

Ötən il Energetika Nazirliyinin “Çağrı Mərkəzi” 7672 zəng qəbul edib

09 Yanvar 2026

2025-ci il ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 7572 zəng qəbul edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə nazirliyin məlumatında qeyd olunub.

Daxil olan zənglərin 6147-si elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 648-i təşəkkür xarakterli, 877-si isə digər məsələlərlə bağlı olub.

"Hesabat dövründə qəbul edilən bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir", - deyə qurumdan bildirilib.