2025-ci ildə Azərbaycan ərazisindən Ermənistana dəmir yolu ilə 1210 ton benzin daşınıb

2025-ci ildə Azərbaycan ərazisindən Ermənistana dəmir yolu ilə 1210 ton benzin daşınıb

09 Yanvar 2026

2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Ermənistana 6580 ton taxıl idxal edilib. Bunun 1000 tonu Qazaxıstan, 5580 tonu isə Rusiya mənşəlidir. Həmçinin ölkəyə 1210 ton Azərbaycan benzini də daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan “Facebook” səhifəsində paylaşım edib.

"2026-cı il yanvarın 8-nə olan məlumata görə, Azərbaycan ərazisindən Ermənistana dəmir yolu ilə 8485 ton Rusiya taxılı daxil olub, bundan başqa 4103 ton taxıl da yoldadır. Həmçinin 7600 ton Azərbaycan neft məhsulu da yoldadır ki, bunun 6100 tonu benzin, 1500 tonu isə dizeldir.

Əvvəlcədən qeyd olunduğu kimi, benzin və dizelin qiymətində əvvəlki ayla müqayisədə litr başına 80 dramadək ucuzlaşma gözlənilir. Bu inkişaf fonunda digər yanacaq satışı ilə məşğul olan şirkətlər də qiymətlərin azaldılması istiqamətində iş aparır", - deyə Gevorq Papoyan bildirib.