Ağdərənin 4 kəndinə ilk köç karvanı yola salınıb
Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə ilk dəfə 89 ailə (337 nəfər) yola salınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Aşağı Oratağ kəndinə 31 ailə (119 nəfər), Heyvalı kəndinə 19 ailə (74 nəfər), Çapar kəndinə 26 ailə (96 nəfər), Çıldıran kəndinə isə 13 ailə (48 nəfər) köçürülür.
Ümumilikdə, Ağdərə rayonu üzrə məskunlaşan sakinlərin sayı 2663 (714 ailə) nəfər təşkil edir.








