Şərurda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konsert keçirilib
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konsert proqramı ilə Şərur Rayon Mədəniyyət Sarayında çıxış edib. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konsert orkestrin dirijoru və bədii rəhbəri, Prezident mükafatçısı Elvin Əliyarovun rəhbərliyi ilə təqdim olunub.
Estrada orkestrinin müşayiətilə Azərbaycan Respublikasının Əməkdar artistləri-Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, Mübariz Əsgərov Prezident mükafatçısı İlkin Abdullayevlə yanaşı Emin Hüseynov, Əfsanə Babayevanın ifalarında “Dahi”, “Reyhan”, “Qalib sərkərdə”, “Qaytar eşqimi”, “Ey Vətən” və digər musiqi nömrələri təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.








