Naxçıvan Muxtar Respublikasında bir sıra şəxslər təltif edilib

Naxçıvan Muxtar Respublikasında bir sıra şəxslər təltif edilib

30 Dekabr 2025

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov “Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında” Sərəncam imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının elm, təhsil, səhiyyə və sosial-iqtisadi həyatında uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs təltif olunub.

Belə ki, “Əməkdar müəllim” fəxri adı Abbasova Kövsər Məmməd qızına, Allahverdiyev Qərib Vəli oğluna və Əliyev İsmayıl İsrafil oğluna verilib.

“Əməkdar həkim” fəxri adına Tutayuk Xaspolad Murad oğlu layiq görülüb.

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə Bayramov Nazim Yusif oğlu, Əliyev Elşad Məmmədqulu oğlu, İsmayılov Hüseyn Abbas oğlu və Novruzov Sabir Abbasqulu oğlu təltif ediliblər.

“Rəşadətli əməyə görə” nişanı isə Quliyev Nizami Zülfəli oğluna və Zeynalova Arifə Əziz qızına verilib.