Naxçıvanda hava şəraiti qeyri-sabit olacaq – qar və şaxta gözlənilir

Naxçıvanda hava şəraiti qeyri-sabit olacaq – qar və şaxta gözlənilir

30 Dekabr 2025

Naxçıvan Muxtar Respublikası ərazisində dekabrın 31-i axşam saatlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dağlıq ərazilərdən başlayan yağıntının yanvarın 2-dək davam edəcəyi, bəzi yerlərdə arabir qar yağacağı və duman müşahidə olunacağı gözlənilir.

Qərb küləyi 5–10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gündüz saatlarında 0–5 dərəcə isti, axşam və gecə saatlarında isə 5–10 dərəcə şaxta olacağı bildirilir. Əhali və sürücülərə hava şəraiti ilə bağlı ehtiyatlı olmaları tövsiyə edilir.