XİN: Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməzdir
Azərbaycanın vahid Çin siyasəti ilə bağlı mövqeyi dəyişməz, aydın və ardıcıl xarakter daşıyır.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Tayvan ətrafında yaranmış vəziyyətlə bağlı münasibət bildirərkən deyib.
Bölgədə sülh və sabitliyin qorunması beynəlxalq təhlükəsizlik üçün vacib amildir.
Ölkəmiz Tayvanın müstəqilliyini tanımır. Mübahisəli məsələlərin beynəlxalq hüquq çərçivəsində, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasını dəstəkləyirik.








