Ceyhun Bayramov: Ermənistana səfər edə bilərəm

Ceyhun Bayramov: Ermənistana səfər edə bilərəm

26 Dekabr 2025

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov zərurət olacağı təqdirdə Ermənistana səfər edə biləcəyini bəyan edib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, nazir ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Azərbaycanın milli maraqlarını tələb edən görüş, hadisə baş tutan zaman Ermənistana səfər edə bilər.