Ceyhun Bayramov: İlham Əliyevin Vaşinqton səfəri ikitərəfli münasibətlər kontekstində vacib əhəmiyyətə malik olub
Bu il ərzində ABŞ-Azərbaycan münasibətlərində müsbət dinamika müşayiət olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.
Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin avqust ayında Vaşinqtona səfəri bu konteksdə vacib əhəmiyyətə malik olub:
"Həmin səfər çərçivəsində iki ölkə arasında anlaşma memorandumu imzalanıb, həmçinin bu səpkidə qarşılıqlı səfərlər baş tutub".








