Ceyhun Bayramov: 2025-ci ildə sülh prosesində böyük irəliləyiş əldə olunub
2025-ci ildə Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilmiş xarici siyasət çox zəngin olub:
"Azərbaycan beynəlxalq müstəvidə mövqeyini gücləndirib, diplomatik təmsilçiliyini genişləndirib. 2025-ci ildə Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub. Azərbaycan tərəfindən beynəlxalq sülh və sabitliyin təşviqi, beynəlxalq iqtisadi əməkdaşlıq, vasitəçilik səyləri ölkənin nüfuzunun daha da güclənməsinə töhfə verib".








