Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib

Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib

26 Dekabr 2025

Azərbaycan və Suriya arasında ikitərəfli intensiv təmaslar davam edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, dünyada gedən proseslər elə bir yeni çağırışlar, imkanlar yaradır ki, hər bir dövlət buna adaptasiya olaraq uyğun addımlar atılır:

"Bir il bundan öncə Suriyada baş verənlərə baxın. İndi Azərbaycanın Suriya ilə münasibətlərinə baxaq. Azərbaycan ilk gündən Suriyadakı prosesləri dəstəklədi. Suriyada dəyişiklikdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkəyə humanitar yardım göndərildi, səfirlik bərpa edildi, keçid dövrü prezidentinin Azərbaycana səfəri oldu. Həmçinin Azərbaycan Suriyaya qaz göndərdi. İkitərəfli təmaslar bu gün intensiv şəkildə davam edir".