Naxçıvanda dekabr ayı üzrə bütün növ sosial müavinətlərin ödənilməsi başa çatdırılıb
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Naxçıvan Muxtar Respublikası üzrə dekabr ayı üçün sosial müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım ödənişləri başa çatdırılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən, ünvanlı sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə verilməsi nəzərdə tutulan 200 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi həyata keçirilib.
Vətəndaşlar vəsaitlərini plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.








