“Gənclik, mədəniyyət, film” adlı tədbir keçirilib -

“Gənclik, mədəniyyət, film” adlı tədbir keçirilib - FOTO

26 Dekabr 2025

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan Nazirlik Aparatının aparıcı məsləhətçisi Elvin Əhmədov qeyd edib ki, çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mardan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, romantik komediya janrında çəkilən filmdə baş rolları Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundzadə, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırırlar.

Sonra Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov tədbir iştirakçılarını fondun nəzdində fəaliyyət göstərən Kinomuzeyi ilə tanış edib.

Sonda “Həddən artıq uyğunluq” filmi nümayiş olunub.