Ali Məclisin Hüquq siyasəti komitəsinin  növbəti iclası keçirilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

26 Dekabr 2025

Dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsinin daxil edildiyini bildirib.

Gündəlik təsdiq olunduqdan sonra komitə sədri qeyd edib ki, qanun layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il 24 dekabr tarixdə keçirilən plenar iclasında ikinci oxunuşda qəbul edilib.

İclasda qanun layihəsində deputatlar tərəfindən hər hansı təklif və ya iradlar bildirilmədiyindən qanun layihəsinin mövcud redaksiyada Ali Məclisin növbəti plenar iclasında üçüncü oxunuşda müzakirəsinə təqdim edilməsi ilə bağlı qərar qəbul olunub.