Paşinyan: Ermənistan 2026-cı ildə Azərbaycan və Türkiyə ilə sərhəd məsələlərində irəliləyiş gözləyir

Paşinyan: Ermənistan 2026-cı ildə Azərbaycan və Türkiyə ilə sərhəd məsələlərində irəliləyiş gözləyir

26 Dekabr 2025

2026-cı ildə "Tramp Marşrutu" (TRIPP) layihəsinin praktiki mərhələsinin həyata keçirilməsinə başlanacaq və bu, Ermənistan üçün böyük bir fürsətdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu dekabrın 26-da adıçəkilən ölkənin Baş naziri Nikol Paşinyan Dövlət Gəlirləri Komitəsindəki çıxışında deyib.

"Biz 2026-cı ildə TRIPP-in praktik mərhələsinə daxil oluruq, lakin biz bu fürsətdən bütün gömrük məntəqələrimizdə tamamilə yeni texniki və məzmun təchizat səviyyəsinə çatmaq üçün istifadə edirik. Bu bizim üçün bir çağırış olsa da, digər tərəfdən, çox böyük bir imkandır. Çünki bu gün biz 8 avqust tarixli sazişlər sayəsində bütün müasir texnologiyalara çıxışa malikik və bu texnologiyalar işimizi daha keyfiyyətli yerinə yetirməyə kömək edəcək", - Paşinyan bildirib.

Onun sözlərinə görə, İrəvan təkcə Ermənistan-Azərbaycan sərhədi deyil, həm də Ermənistan-Türkiyə sərhədi ilə bağlı məsələlərdə irəliləyiş gözləyir.