Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları şəhid ailələrini ziyarət ediblər
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması eləcədə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatı və tabe rayon (şəhər) prokurorluqlarının əməkdaşları 1-ci və 2-ci Qarabağ müharibələrində iştirak etmiş ümumilikdə 46 şəhid ailəsini ziyarət ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyarət zamanı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Rəhbər heyəti və rayon (şəhər) prokurorları şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıb, şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad böyütdükləri üçün şəhid valideynlərinə minnətdarlıqlarını bildiriblər.








