Naxçıvanda bayram münasibətilə atəşfəşanlıq olacaq

Naxçıvanda bayram münasibətilə atəşfəşanlıq olacaq

30 Dekabr 2025

Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Naxçıvan şəhərinin mərkəzi meydanında, Heydər Əliyev prospektində möhtəşəm Yeni il şənliyi təşkil olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovun iştirakı ilə bayram konsert proqramı təqdim ediləcək, həmçinin möhtəşəm atəşfəşanlıq nümayiş etdiriləcək.

Eyni zamanda, Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs kollektivlərinin ifasında musiqi və rəqs nömrələri səsləndiriləcək.

Birlik və həmrəylik ruhunda keçiriləcək “Qış festivalı”nda sakinlər və şəhərimizin qonaqları 2026-cı ili xoş əhval-ruhiyyə ilə qarşılamaq imkanı əldə edəcəklər.

Bayram tədbirində hər kəs ailəsi və yaxınları ilə birlikdə iştirak edə biləcək.