Naxçıvanda isti hava şəraiti davam edəcək -

Naxçıvanda isti hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ

29 İyul 2025

Naxçıvan Muxtar Respublikası ərazisində isti hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir. Sinoptiklərin proqnozuna görə, hava temperaturu düzənlik ərazilərdə 35-40 dərəcə, bəzi bölgələrdə isə 41 dərəcəyədək yüksələcək. Dağlıq ərazilərdə isə temperaturun 28-33 dərəcə arasında dəyişəcəyi bildirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mütəxəssislər günün isti saatlarında açıq havada uzun müddət qalmaqdan çəkinməyi, bol maye qəbul etməyi və birbaşa günəş şüalarından qorunmağı tövsiyə edirlər.

Qeyd edək ki, bu cür yüksək temperatur xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəliyi olan şəxslər üçün risk daşıyır.