Əli Əsədov qərar imzalayıb

Əli Əsədov qərar imzalayıb

04 Avqust 2025

Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına dəyişiklik edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, “Ezamiyyə xərclərinin birgünlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”na Baş prokurorun müavinləri də əlavə edilib.