Hakan Fidanla Bayramov arasında telefon danışığı olub

Hakan Fidanla Bayramov arasında telefon danışığı olub

04 Avqust 2025

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Türkiyə arasındakı ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələləri müzakirə olunub.