Azərbaycanda "Avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası" dəyişib

Azərbaycanda "Avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası" dəyişib

04 Avqust 2025

Nazirlər Kabineti 6 mart 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası"nda dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat erir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmaq və ya oradan çıxmaq məsuliyyət yaradacaq. İndiyə qədər yalnız ödəniş məntəqəsindən keçmədən kənar yollardan istifadə etməklə, ödənişli avtomagistraldan çıxmaq və ya ödənişli avtomagistrala daxil olmaq məsuliyyət yaradırdı.