Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlandı

Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlandı

04 Avqust 2025

2025-ci ilin iyul ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 148 489 nəfər olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Onların 112 548 nəfəri yaşa, 14 211 nəfəri əlilliyə, 21 730 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.