Naxçıvanda 2025-ci ilin ilk yarısında 19 fəaliyyət sahəsi üzrə lisenziya verilib

Naxçıvanda 2025-ci ilin ilk yarısında 19 fəaliyyət sahəsi üzrə lisenziya verilib

04 Avqust 2025

Naxçıvan Muxtar Respublikasında 2025-ci ilin yanvar-iyun ayları ərzində müxtəlif fəaliyyət sahələri üzrə ümumilikdə 19 lisenziya verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyinin rəsmi sosial şəbəkə hesablarında paylaşdığı məlumata istinadən xəbər verir.

Lisenziyalaşdırılmış fəaliyyət sahələri və hallar aşağıdakı kimidir:

* Əczaçılıq fəaliyyəti üzrə – 8 halda

* Özəl tibb fəaliyyəti üzrə – 2 halda

* Sürətli poçt fəaliyyəti üzrə – 3 halda

* Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə – 1 halda

* Təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması fəaliyyəti üzrə – 1 halda

* Baytarlıq preparatlarının satışı fəaliyyəti üzrə – 1 halda

* Attraksionların istismarı fəaliyyəti üzrə – 1 halda

* Özəl baytarlıq xidməti fəaliyyəti üzrə – 1 halda

* Tikintisinə icazə tələb olunan və bu barədə məlumatlandırma icrası tələb olunan bina və qurğuların layihələndirilməsi fəaliyyəti üzrə – 1 halda

Qeyd edək ki, bu statistik göstəricilər Naxçıvan Muxtar Respublikasında sahibkarlıq və xidmət sahələrinin lisenziya əsasında hüquqi çərçivədə fəaliyyət göstərdiyini göstərir.