
Naxçıvanda mayın 24-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında mayın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyinin sürətinin 5-10 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə saatlarında 13-18° isti, gündüz isə 28-33° isti olacağı proqnozlaşdırılır.