Naxçıvanda MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb -

Naxçıvanda MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb - FOTO

01 Sentyabr 2026

Bu gündən Naxçıvan Muxtar Respublikasında  ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki,  müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən qiymətləndirilir.

Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edəcəklər.

Müsabiqənin müsahibə mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!