
Naxçıvanda problemli kreditlərin məbləği azaldılıb
Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondundan "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 1 oktyabr 2024-cü il tarixinə 5,6 milyon manatdan 2025-ci il 1 oktyabr tarixinə 2,7 milyon manat və ya 1,9 dəfə azalaraq 2,9 milyon manata endirilib.
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlərin 2025-ci ilin 9 ayı ərzində 7,7 milyon manatının geri qaytarılması təmin edilib.