Qaçış üzrə muxtar respublika birinciliyi keçirilib -

Qaçış üzrə muxtar respublika birinciliyi keçirilib - FOTO

21 Oktyabr 2025

Oktyabrın 21-i məktəbli oğlan və qızlar arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş atletikanın qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Naxçıvan Muxtar Respublika Stadionunda reallaşan yarışda şəhər və rayonlardan ümumilikdə 70-ə yaxın məktəbli mükafatlar uğrunda mübarizə aparıb. 

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri tərəfindən birgə təşkil olunan  birincilik 100, 200, 400, 800 və 1500 metr məsafələri əhatə edib. 

Nəticələrə əsasən oğlanlar arasında Məhəmməd İsgəndərli (100 m), Murad Muradov (200 m), Uğur Məmmədli (400 m), Vedat babayev (800 m) və Namiq Babayev (1500 m), qızlarda isə Aysel Hüseynova (100 m), Zeynəb Babayeva (200 m), Dilək Məmiyeva (400 m), Duyğu Hüseynova (800 m) müvafiq məsafələr üzrə birinci olublar. 

İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub.