Oktyabr ayının pensiya ödənişləri yekunlaşıb

Oktyabr ayının pensiya ödənişləri yekunlaşıb

21 Oktyabr 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə oktyabr ayının pensiya ödənişini yekunlaşdırıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə DSMF məlumat yayıb.

Bildirilib ki, Oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.