Naxçıvanda Azərbaycan  Statistikasının 105 illik yubileyi qeyd olunub -

Naxçıvanda Azərbaycan Statistikasının 105 illik yubileyi qeyd olunub - FOTO

20 Oktyabr 2025

Oktyabrın 20-də Ümumdünya Statistika Günü və Azərbaycan Statistikasının 105 illik yubileyi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi tərəfindən tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir iştirakçıları ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin Baş meydanında əzəmətlə ucaldılan abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etmiş və önünə gül dəstələri qoymuşlar.

Daha sonra tədbir Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin inzibati binasında davam etdirilib.