Naxçıvanda şagirdlərin yerli və beynəlxalq olimpiada hazırlıqlarına start verilir

Naxçıvanda şagirdlərin yerli və beynəlxalq olimpiada hazırlıqlarına start verilir

04 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə  bp şirkəti arasında 10 aprel 2026-cı il tarixində imzalanmış əməkdaşlıq sazişi çərçivəsində ROOF Academy tərəfindən istedadlı şagirdlər üçün yeni bir təqaüd layihəsinə start verilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında təhsil alan 6–11-ci sinif şagirdləri İnformatika, Biologiya, Kimya və Riyaziyyat fənləri üzrə sistemli olimpiada hazırlığı alacaq.

Bu layihənin məqsədi muxtar respublikada təhsil alan şagirdlərin potensialının inkişafına və Respublika Fənn Olimpiadalarında (RFO) yüksək nəticələr əldə etməsinə dəstək olmaq,  həmçinin şagirdlərin yerli və beynəlxalq olimpiadalarda uğur qazanması üçün güclü təməl yaratmaqdır.

10 sentyabrda keçiriləcək seçim imtahanında  yalnız ötən tədris ilində ümumrespublika və Naxçıvan Muxtar Respublika  səviyyəsində keçirilən yarışlarda uğurlu nəticə göstərmiş şagirdlərin iştirakı nəzərdə tutulur.  

Layihə 2 il davam edəcək və olimpiada formatlı onlayn tədris, aylıq sınaq imtahanları və fərdi inkişafın izlənməsi ilə həyata keçiriləcək.