Naxçıvanda verilən icazələrin sayı 4,7 dəfə artıb

Naxçıvanda verilən icazələrin sayı 4,7 dəfə artıb

10 Aprel 2025

2025-ci ilin I rübü ərzində özəl sektorun inkişafı, Naxçıvan məhsullarının ixrac imkanlarının genişləndirilməsi istiqamətində sahibkarlara 74 mənşə sertifikatı, 7 lisenziya verilib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 1991 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2,6 dəfə artıb.