Naxçıvanda Zəfər Günü böyük təntənə ilə qeyd edilib -

Naxçıvanda Zəfər Günü böyük təntənə ilə qeyd edilib - FOTO

09 Noyabr 2024

Noyabrın 8-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Günü münasibətilə konsert proqramı və atəşfəşanlıq keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət, hökumət nümayəndələri, Ali Məclisin deputatları, muxtar respublika sakinləri və qonaqlar konsertə baxıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Qarnizonu Hərbi Orkestrinin təqdimatında vətənpərvər ruhlu əsərlər səsləndirilib.

Ölkəmizin tanınmış ifaçıları Hiss və Zamiq Hüseynovun qələbə ovqatlı ifaları bayram konsertinə xüsusi rəng qatıb, qələbəliyin alqışları ilə müşayiət olunub.

Sonda nümayiş etdirilən möhtəşəm atəşfəşanlıq maraqla izlənilib.

Qeyd edək ki, konsert Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.