Naxçıvanın ilk müstəqil saytının yaranmasından 8 il ötür
Naxçıvanın ilk müstəqil saytının yaranmasından 8 il ötür.
NAXCİVANXEBERLERİ.COM mətbuat xidməti 2015-ci il iyun ayının 15-də Milli Qurtuluş Günündə fəaliyyətə başlayıb.
Sayt Naxçıvanla bağlı gerçək informasiyaların yayılmasında xüsusi rol oynayır. Nəinki ölkənin müxtəlif şəhərlərində və rayonlarında, hətta uzaq ölkələrdə yaşayan Naxçıvan sakinləri, həmçinin həmvətənlərimiz tərəfindən ən çox izlənən və oxunan bir informasiya mənbəyi olmağı bacarıb.
Saytın bölmələrində muxtar respublikanın və ölkənin tanınmış ziyalıları, jurnalistləri, elm adamları məmnuniyyətlə öz fikirlərini geniş oxucu, izləyici auditoriyası ilə bölüşür. Sayt heç kəsə fərq qoymadan, ictimai-siyasi mövqeyindən asılı olmadan gerçək sözü deməyi, onu tutarlı, rəsmi faktlarla zənginləşdirməyi bacaran qələm sahiblərinə söz tribunası yaradır.
8 İL SİZİNLƏ BİRLİKDƏ BU YOLDA UĞURLA ADDIMLAYIRIQ.