Naxçıvanxəbərləri – 11 illik media yolu və etimadın ünvanı

Naxçıvanxəbərləri – 11 illik media yolu və etimadın ünvanı

15 İyun 2026

Bu gün Azərbaycanın media məkanında özünəməxsus yeri olan, muxtar respublikanın ilk müstəqil informasiya qurumu - Naxçıvanxəbərləri İnformasiya Portalının fəaliyyətə başlamasından 11 il ötür.

2015-ci il iyunun 15-də bir qrup gənc jurnalistin təşəbbüsü ilə yaradılan Naxçıvanxəbərləri ötən müddət ərzində Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının operativ işıqlandırılmasında mühüm rol oynayıb. Portal fəaliyyətə başladığı ilk gündən etibarən obyektivlik, operativlik və peşəkarlıq prinsiplərini əsas tutaraq region mediasında etibarlı informasiya mənbələrindən birinə çevrilib.

11 illik fəaliyyət dövründə minlərlə xəbər, reportaj, müsahibə və analitik yazı oxuculara təqdim olunub, Naxçıvanda həyata keçirilən dövlət proqramları, quruculuq işləri, iqtisadi inkişaf, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrindəki yeniliklər geniş auditoriyaya çatdırılıb.

Rəqəmsal medianın sürətlə inkişaf etdiyi bir dövrdə Naxçıvanxəbərləri sosial şəbəkələrdə də aktiv mövqeyi ilə seçilib. İnformasiya portalının sosial media hesabları ümumilikdə milyonlarla baxış toplayaraq geniş izləyici auditoriyası formalaşdırıb və regionun ən çox izlənilən xəbər platformalarından birinə çevrilib.

Bu gün Naxçıvanxəbərləri yalnız xəbər yayan media resursu deyil, həm də cəmiyyətlə media arasında etibarlı körpü rolunu oynayan, ictimai maraqları ön planda saxlayan informasiya platforması kimi fəaliyyətini davam etdirir.

Naxçıvanxəbərlərinin 11 illik yubileyi münasibətilə portalın bütün əməkdaşlarını, keçmiş və hazırkı komanda üzvlərini, tərəfdaşlarını və oxucularını təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.

11 il əvvəl başlanan bu media yolçuluğu bu gün də etimad, peşəkarlıq və inkişaf prinsipləri ilə davam edir.

https://www.instagram.com/naxcivanxeberleri.az/reel/DZk6vROIGwI/