NDU Beynəlxalq Kembric Məktəbində Almaniya mərkəzli beynəlxalq Eynşteyn Olimpiadası keçirilib - FOTO
NDU Beynəlxalq Kembric Məktəbində Almaniya mərkəzli beynəlxalq Eynşteyn Olimpiadasının ilk mərhələsi keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, olimpiadada muxtar respublikanın müxtəlif ümumtəhsil məktəblərindən 60-a yaxın şagird iştirak edib.
İlk mərhələdə iştirakçılar riyaziyyat fənni üzrə məntiqi düşünmə, analiz və problem həll etmə bacarıqlarını nümayiş etdiriblər. Ardınca təşkil olunan ikinci mərhələdə isə şagirdlər “Science” fənni üzrə biliklərini sınayaraq elmi dünyagörüş və praktik düşüncə qabiliyyətlərini ortaya qoyublar.
Olimpiadanın əsas məqsədi şagirdlərin elmə marağını artırmaq, onların məntiqi və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda beynəlxalq təcrübəyə inteqrasiyasını dəstəkləməkdir.













