NDU Türk Dövlətləri Təşkilatının Türk Universitetləri Birliyinə üzv qəbul edilib

NDU Türk Dövlətləri Təşkilatının Türk Universitetləri Birliyinə üzv qəbul edilib

28 Oktyabr 2025

Azərbaycanın 13 ali təhsil müəssəsi Türk Dövlətləri Təşkilatının Türk Universitetləri Birliyinə (TÜRKÜNİB) üzv qəbul edilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycandan ADA, Mədəniyyət və İncəsənət, Neft və Sənaye, Pedaqoji, Texniki, Turizm və Menecment, Bakı Avrasiya, Odlar Yurdu, Qarabağ və Xəzər universitetləri təşkilatın sıralarına daxil olub.

Bundan başqa, Bakı Ali Neft Məktəbi, Lənkəran və Naxçıvan dövlət universitetləri də TÜRKÜNİB-ə üzv qəbul edilib.