NDU-ya qəbul olan 600-dən çox bal toplamış iki abituriyentin seçimi "Riyaziyyat müəllimliyi" ixtisası olub

NDU-ya qəbul olan 600-dən çox bal toplamış iki abituriyentin seçimi "Riyaziyyat müəllimliyi" ixtisası olub

27 Avqust 2025

2025-2026-cı tədris ili üzrə qəbul  imtahanlarında 600 baldan yüksək nəticə göstərən abituriyentlər Naxçıvan Dövlət Universitetində müxtəlif ixtisaslarda təhsil almaq üçün seçim edib. Bu siyahıda I ixtisas qrupu üzrə "Riyaziyyat müəllimliyi" ixtisasında təhsil almaq üçün seçim edən iki abituriyentin bal göstəricisi diqqət çəkib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Səma Məmmədli 648.8 bal və Aysel Vəliyeva isə 605.6 bal toplayıb. Yüksək bal toplayan hər iki gənc "Riyaziyyat müəllimliyi" ixtisasına qəbul olub.

Qeyd edək ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün müəllim peşəsinin nüfuzunun artırılması xüsusi diqqətdə saxlanılıb. NDU-ya qəbul olan bu gənclər də bu istiqamətdə uğurlu göstərici kimi qeyd olunur.