Nikol Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib

Nikol Paşinyan İlham Əliyevə minnətdarlığını bildirib

04 May 2026

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin (ASB) sammitində (distant formatda) iştirakına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, o, bunu sammitin yekununda mətbuata açıqlamasında deyib.

Paşinyan həmçinin sammitdə iştirak etmək üçün Ermənistana səfər etmiş Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza da təşəkkür edib.

"Bu gün bütün qitədən və onun hüdudlarından kənarda liderləri bir araya gətirən forum uğurla başa çatdı. Fürsətdən istifadə edərək sammitin təşkilində sıx əməkdaşlığa və tərəfdaşlığa görə Avropa İttifaqına səmimi minnətdarlığımı ifadə etmək istərdim... Mən həmçinin onlayn formatda iştirakına görə Azərbaycan Prezidentinə və sülh prosesləri və regional əməkdaşlıq baxımından iştirakına görə Türkiyənin vitse-prezidentinə minnətdaram", - o bildirib.