Ötən həftə 1 693 hektardan çox ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə ötən həftə ərzində (dekabrın 1-7 ) 66 tank əleyhinə mina, 273 piyada əleyhinə mina, 1511 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1693.4 hektar ərazi minalardan təmizlənib.








