Hikmət Hacıyev Mixail Qaluzinlə regional və beynəlxalq məsələləri müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə H.Hacıyev "X" səhifəsində paylaşım edib.
Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb.








