Torpağın subicarəyə verilməsi hansı şərtlərlə mümkündür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hər hansı bir şəxsdən icarəyə götürdüyüm torpağı icarəyə verə bilərəmmi? Bunun üçün qanunda hansı şərtlər nəzərdə tutulub?
Cavab: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, icarəçi torpaq sahəsini yalnız mülkiyyətçi olan icarəyə verənin razılığı ilə subicarəyə verə bilər.
Mülki Məcəllənin 712-ci maddəsi isə icarəyə verənin icazəsi olmadan torpağın üçüncü şəxslərin istifadəsinə və ikinci əldən icarəyə verilməsini qadağan edir.
Bundan əlavə, icarəçi torpağı üçüncü şəxsə subicarəyə verdikdə, həmin şəxsin istifadə zamanı yol verdiyi pozuntulara görə — hətta icarəyə verənin razılığı olduqda belə — məsuliyyət daşıyır.
Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Heydər İbrahimli








