Elçin Quliyev Bəhreynin daxili işlər naziri ilə görüşüb

Elçin Quliyev Bəhreynin daxili işlər naziri ilə görüşüb

11 Dekabr 2025

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev "Mara"ee 2025" tədbiri ərəfəsində Bəhreyn Krallığının Daxili İşlər naziri Rəşid bin Abdullah Əl-Xəlifəilə görüş keçirib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə xidmətdən məlumat verilib.

Qeyd olunub ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birgə əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq kəsb edən fəaliyyətlər üzrə məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.