Pensiya, müavinət, təqaüd və ünvanlı yardım xərcləri 11 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3,5 milyard manat vəsait ödənilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,34 milyard manat və yaxud 10,8% çoxdur.








