Prokurorluq və ya polis orqanları tərəfindən zənglə çağırıla bilərəmmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Prokurorluq və ya polis orqanları tərəfindən zənglə çağırıla bilərəmmi?
Cavab: Bəli. Cinayət Prosessual Məcəlləsinin 54-2-ci maddəsinə əsasən şəxs telefon, videokonfrans əlaqə sistemi və ya digər rabitə və telekommunikasiya vasitələrindən istifadə edilməklə polis və ya prokurorluq orqanlarına çağırıla bilər. Bu halda çağırılan şəxsə çağırış vərəqəsinin məzmunu, o cümlədən çağırılan şəxsin hüquq və vəzifələri izah edilməli və bu barədə protokol tərtib olunmalıdır.
Çağırılan şəxsin xahişi ilə çağırışın tarixi və vaxtı dəyişdirilə bilər.
Çağırılan şəxs üzrsüz səbəbdən çağırışa gəlmədikdə məcburi gətirilə bilər. Həmin şəxs üzrlü səbəbdən çağırışa gələ bilmədikdə bu barədə həmin orqana məlumat verməli, çağırışa gəlməməsinə səbəb olan üzrlü halları təsdiq edən dəlilləri təqdim etməlidir.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Fərid Orucəliyev








