Quş qripi xəstəliyinə qarşı monitorinqlər keçirilib -

Quş qripi xəstəliyinə qarşı monitorinqlər keçirilib - FOTO

11 Aprel 2025

Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin 7-11 aprel tarixlərində muxtar respublika ərazisində növbəti epizootoloji monitorinqlər keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə aparılan monitorinq zamanı risk əsasında müəyyən olunmuş milli parklara, su anbarlarına, çay sahili zonalara və digər əraziləri əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanaraq "Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu" PHŞ-nin Mərkəzi baytarlıq laboratoriyasına və "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu" PHŞ-nin Mərkəzi baytarlıq laboratoriyasına müayinə edilməsi üçün göndərilmişdir. Həmçinin həmin müddətdə muxtar respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülərək habelə muxtar respublika üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb və epizootoloji məlumatlar toplanaraq təhlil edilir.

Monitorinqlər çərçivəsində müşahidə aparılan ərazilər barədə məlumatlar "Epicollect5" proqramına daxil edilib.