Ramazanın 7-ci gününün duası -

Ramazanın 7-ci gününün duası - imsak və iftar vaxtı

24 Fevral 2026

Sabah Ramazan ayının yeddinci günüdür.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Naxçıvanda fevral ayının 25-də  imsak  vaxtı saat 06:14 -də,iftar  vaxtı isə saat 19:00-dadır.

Ramazan ayının 7-ci gününün duası:

"İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!".

İftar duası:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".

 Allah orucunuzu qəbul etsin!

 Qeyd:Babək və Şahbuz rayonları Naxçıvan şəhəri ilə eyni saat qurşağındadır.

Ordubad rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə əvvəl

Culfa rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə əvvəl

Kəngərli rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə sonra

Şərur rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə sonra

Sədərək rayonu – Naxçıvan şəhərindən 3 dəqiqə sonra

Martın 20‑si Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20‑si və 21‑i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq