Rəcəb Tayyib Ərdoğan sabah Xankəndiyə gələcək

Rəcəb Tayyib Ərdoğan sabah Xankəndiyə gələcək

03 İyul 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də Xankəndiyə gələcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun bildirib.

O qeyd edib ki, “Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Yeni Baxışı” mövzusuda keçiriləcək zirvə toplantısında əsas olaraq iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və Təşkilatda islahat kimi məsələlər üzrə üzv ölkələr arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq.

"Ərdoğan zirvə iclasında çıxış edəcək və liderlərlə görüşlər keçirəcək. Zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti də daxil olmaqla müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək", - deyə F.Altun əlavə edib.